Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

“Krım əşya deyil ki, onu kiməsə verək” – Vladimir Putin

“Söhbət əgər Krımın geri Ukraynaya qaytarılmasından gedirsə, onun birmənalı cavabı belədir. Krım hər hansı əşya deyil ki, onu kiməsə verək”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rossiya” telekanalına müsahibə verərkən deyib.

Putin bildirib ki, Krımla bağlı apokaliptik ssenari baş tutan deyil: “Qoy bunu Kiyevdə gözləyənlər dərk etsinlər”.

Rusiya prezidenti müsahibəsinə belə davam edib: “Mən Avropanın böyük ölkələrindən biri olan Ukrayna rəhbərliyinə hər hansı bir məsləhət vermək istəməzdim. Sadəcə onlara xatırlatmaq istəyirəm ki, öz ölkələrinin daxilində insanların normal həyatını bərpa etsinlər, iqtisadiyyatlarını tənzimləsinlər və ölkənin cənub-şərqilə əlaqələrini bərpa etsinlər. Minsk razılaşmasına riayət estələr, inanıram ki, onlar istədiklərinə nail ola biləcəklər”.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko bir müddət öncə qeyd edib ki, rəsmi Kiyev nəyin-bahasına olursa olsun, Krımı geri qaytaracaq.
697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP