Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

Azərbaycan yığması məğlub oldu

Antalyada təlim-məşq toplantısında olan futbol üzrə Azərbaycan yığması bu gün yoxlama matçında qüvvəsini sınayıb. Komandamız 2015-ci ildə ilk oyununda Ukrayna təmsilçisi, 2009-cu ildə UEFA kubokunu qazanmış “Şaxtyor”la qarşılaşıb.

Qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız uduzub.

Oyuna fəal başlayan Donetski klubu 37-ci dəqiqədə Duqlas Kosta ilə hesabı açıb. Lakin yığmamız fasiləyə qədər hesabda bərabərlik yaratmağı bacarıb. 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib. Fasiləyə heç-heçə ilə yollanan yığmamız ikinci yarıda qapısından növbəti qolu buraxıb. Bu dəfə 67-ci dəqiqədə braziliyalı futbolçu İsmaili komandamızı mərkəzdən başlamağa məcbur edib - 1:2.

Beləliklə, matçda bundan başqa qol olmayıb və millimiz 2015-ci ildə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, bu qarşılaşma millimizin AVRO-2016-nın martın 28-də Maltaya qarşı Bakıda keçiriləcək seçmə oyununa hazırlıq xarakteri daşıyır.


Yoxlama oyunu
24 fevral
AZƏRBAYCAN – “Şaxtyor” (Ukrayna) - 1:2
QOLLAR: Namiq Ələsgərov, 43 - Duqlas Kosta, 37, İsmaili, 67
825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03
06 deka