Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

Ərdoğanın sağ əli kürd partiyasından namizəd olur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın silahdaşı, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan və keçmiş millət vəkili kürd əslli Dengir Mir Mehmet Fırat yenidən aktiv siyasətə qayıdır.

Ərdoğanın keçmiş müavinlərindən olan Fırat separatçı kürdlərin siyasi qolu Xalqın Demokratiya Partiyasından (HDP) namizədliyə namizəd (aday adayı) olmaq üçün müraciət edib.

Dengir Mir Mehmet Fıratın namizədliyə namizədliyi HDP-nin həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksekdağ tərəfindən müzakirə olunacaq.

Xatırladaq ki, Dengir Mir Mehmet Fırat ötən ilin iyul ayında AKP-dən istefa vermiş və prezident seçkisində Səlahəddin Demirtaşa dəstək verəcəyini açıqlamışdı.
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı