Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

Etiraz aksiyası keçirən məcburi köçkünlər yolu bağlayıb

Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 56 ünvanında yaşayan məcburi köçkünlər etiraz əlaməti olaraq avtomobil şossesini bağlayıb. Bir neçə dəqiqə avtomobillərin hərəkətində sıxlıq yaranıb. Əraziyə dərhal rayon polis şöbəsinin əməkdaşaları cəlb edilib.

Daha sonra məcburi köçkün ailələri tonqal qalayaraq ətrafına yığışıb. Onların bura yığışmasında səbəbsə, bir neçə gün əvvəl müvəqqəti sığındıqları evlərinin yanmasıdır. Hətta bu yanğın zamanı ikisi azyaşlı olmaqla üç nəfər yanaraq dünyasını dəyişib.

İndi isə evsiz qalan ailələr məcbur olub küçədə gecələyir. Deyirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsindən əraziyə gəlib baxış keçiriblər. Onlara bildirilib ki, tezliklə burda mənzilsiz qalan ailələr yaşayış evlərilə təmin ediləcək. Bundan başqa yanğın zamanı dünyasını dəyişənlər üçün yas mərasiminin bütün xərcləri komitə tərəfindən ödəniləcək.

Amma yas məclisinin sonunda ailə mərasim zalında pulun ödənməsi üçün girov qoymalı olub. Bu isə məcburi köçkün ailələrinin hiddətinə gətirib çıxarıb.

“Burda 1993-cü ildə məskunlaşan ailələrin nə qazı, nə də işığı var. Qaz olmadığına görə, burda yaşayan isanlar məcburiyyət qarşında qalaraq elektirik enerjisindən istifadə edir ki, sonda elektirik naqillərində qısaqapanma yaranır və nəticədə də yanğın baş verir” – deyə Məcburi köçkün Arif Aslanov bildirib.

Məcburi köçkün Gülər Aydınova deyir ki, şəhər mərkəzində yaşayırıq nə qazımız, nə də işıqsız var, bizə diqqət edən yoxdur.

Problemlə bağlı Qaçqın və Məcburi Köçkünlrin İşləri üzrə Dövlət Komitəsinin mətbuatı xidmətinin rəhbəri Elçin Qədimova müraciət etdik. Ancaq Elçin müəllim telefon zənglərimizə cavab vermədi./ans/
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı