Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

Naməlum pilotsuz aparatlar Parisi ayağa qaldırdı

Bazar ertəsindən çərşənbə axşamına keçən gecə Paris üzərində beş pilotsuz aparat müşahidə olunub.

Paris polisi bu müəmmalı uçuşları araşdırır. Bazar ertəsi gecəyarısından səhər saat 6-yadək Parisin mühüm obyektləri - Eyfel qülləsi, Konkord meydanı, ABŞ səfirliyi, hərbi muzey və Bastiliya – üzərində ən azı beş pilotsuz uçan aparatlar müşahidə olunub.

Hələlik pilotsuz aparatları kimlərin idarə etdiyi məlum deyil, lakin Fransa polisi bu hadisəyə ciddi yanaşıb. Bu gün pilotsuz aparatları asanlıqla mağazadan almaq mümkündür. Lakin buna baxmayaraq, pilotsuz təyyarələrin Yelisey sarayı və Fransa prezidenti Fransua Ollandın, eləcə də bir sıra atom elektrik stansiyaları üzərindən uçuşları polisi əndişəyə salıb.

“Biz dronları idarə edənləri tapmaq üçün əlimizdən gələni edirik, lakin onlar hələ aşkar edilməyib”, - France-Presse agentliyinə polisdəki mənbə deyib. Dronlar yüksək dəqiqliklə yerüstü obyektlərin çəkilişini edə bilir, lakin Paris üzərində müəmmalı uçuşların təşəbbüskarı bədəməllər yaxud adi həvəskarların olması məlum deyil. Ötən ay Parisdə 17 nəfərin ölümü ilə nəticələnmiş islamçıların hücumlarından sonra Fransa təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətində işləyirlər./ans/
760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35</