Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

NATO-nun yolunu bağladılar

Pakistanda ABŞ-ın “dron” hava zərbələrinə qarşı etiraz edən minlərlə insan, NATO yük maşınlarının keçdiyi magistral yolu bağlayıb

Dünya Pakistanda ABŞ-ın “dron” hava zərbələrinə qarşı etiraz edən minlərlə insan, ölkənin şimal qərbində NATO yük maşınlarının keçdiyi magistral yolu bağlayıb. Etiraz aksiyasi hücumların səbəb olduğu gərginliyin yüksək həddə çatdığının göstəricisi olub. Pakistanlı siyasətçi və keçmiş kriket ulduzu İmran Xanın başçılıq etdiyi kütləvi mitinq bir növ simvolik xarakter daşıyıb.

Belə ki, şənbə günləri həmin yoldan Əfqanıstandakı NATO bazalarına təchizat materialları daşıyan yük maşınları nadir hallarda keçir. Habelə Xeybər Paxtunxva vilayətində bağlanmış yol, məhz Pakistan-Əfqanıstan arasında 2 sərhəd buraxılış məntəqəsindən birinə açılır. Xeybər Paxtunxva vilayətini idarə edən Təhriki İnkişaf partiyasının lideri İmran Xan pilotszu təyyarə hücumlarına son qoyması üçün hökümət rəsmilərini Amerika Birləşmiş Ştatlarına qarşı təzyiqləri artırmağa və ölkədən keçən NATO təchizat xəttlərini bağlamağa çağırıb.


“Biz bütün Pakistanı (qarış-qarış) gəzəcəyik, bütün Pakistanlıları ayağa qaldıracağıq. Allahın köməkliyi ilə Amerikaya qarşı təzyiqləri artıracağıq. Dron hücumlarına son qoyulmazsa, (etirazlar) bütün Pakistanı bürüyəcək və bunun başlanğıcı Xeybər Paxtunxva vilayəti olacaq”, - deyə Təhriki İnkişaf partiyasının lideri İmran Xan bildirib.

Dünən keçirilən aksiyada 10 minə yaxın etirazçı iştirak edib. Aksiya boyu etirazçılar “Rədd olsun Amerika” , “ Dron hücumlarına son” yazılı antiamerika şüarları səsləndirib. Kütləvi mitinq İMran Xanın çıxışından sonra dinc şəkildə dağılsa da, partiyanın verdiyi bəyanata əsasən, bu gün gecədən başlayaraq onlar həmin vilayətdə NATO yük maşınlarının qarşısını kəsməyə başlayacaq. ABŞ-ın İslamabaddakıı səfirliyi məsələni şərh etməkdən imtina edib./ans/
2187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...