Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

Şabranda fövqəladə vəziyyət: Rayon 3 gündür ərzaqsızdır

Şabranda fövqəladə vəziyyət: Rayon 3 gündür ərzaqsızdır - Yerli işbazlar bütün marketləri bağladılarŞabran rayonunda 3 gündür ərzaq dükanları bağlanıb.

Şabran şəhərindəki irili-xırdalı bütün marketlər 3 gündür işləmir. Hətta şəhər bazarındakı iki böyük market dıə əhaliyə xidmət göstərmir.

Sakinlərin verdiyi məlumata görə, bütün mağazaların üstünə yoxlama getdiyi barədə elanlar vurulub. Lakin, yoxlamaların kim tərəfindən aparıldığı haqda heç bir məlumat verilmir.

Şabran sakinlərinin dediyinə görə, marketlərin manatın qiymətinin dollara nisbətdə aşağı düşməsi ilə bağlı yerli işbazlar tərəfindən qapadıldığı haqda xəbərlər yayılıb.

"Sadəcə gözləyirlər ki, qiymət artımı olsun və ucuz qiymətə aldıqları ərzaq məhsullarını daha baha qiymətə satsınlar. 3 gündür lazım olan gündəlik ərzaq məhsullarını ala bilmirik."

Şabran sakinlərinin dediyinə görə, yerli icra orqanları və salahiyyətli qurumlar da yaranmış problemə müdaxilə etmirlər.

"Necə olur ki, bütün marketlərdə eyni vaxtda yoxlama getməsi ilə bağlı elan vururlar. Bəs yerli dövlət qurumları hara baxır?"/avropa/
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP