Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

Sutka ərzində atəşkəs rejimi 32 dəfə pozulub

rməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Cəvahirli, Sarıcalı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
776 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:12