Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

Moldovada siyasi qarşıdurma

Rusiyanın Moldova şərabının satışına qadağa qoyması etirazlara səbəb oldu
Moldovada ölkənin müxtəlif bölgələrindən olan on minlərlə insan, paytaxt Kişinyovda hökümətin Avropa Bİrliyi ilə assosasiya üçün hazırlıq işləri görməsinə qarşı etiraz aksiyası keçirib. Kütləvi yürüşdə kommunistlər üstünlük təşkil edib. Etirazçılar rəsmi Vilnüsün hazırladığı inteqrasiya sənədlərinin cinayət tərkibli olduğunu, xalqın maraqlarına zidd olduğunu bildirib, assosasiya müqaviləsi ilə xalqın Avropa Birliyinin quluna çevrilmək istəmədiyi mesajını ifadə edib. Aksiya iştirakçıları əllərində kommunist partiyasının və Sovet İttifaqının bayraqlarını daşıyıb.
Bəzi qadınlar öz mübarizələrinə dəstəyi artırmaq üçün küçəyə dini ikonalarla çıxıb. Kommunist partiyasının lideri Vladimi Voronin, Qərbin diktə etdiyi Avropa standlarlarına ehtiyac olmadığını və Moldovanların təkbaşına demokratik dövlət qurmağa qadir olduğunu bildirib. Partiya lideri, gizli danışıqlara girməklə höküməti dövlətə qarşı xəyanətdə ittiham edib
“İqtidar bizi, bu ölkənin xalqını açıq-aşkar aldadır.Onlar heç nə soruşmurlar, parlamenti, ictimai rəyi ümumiyyətlə saymırlar və beləcə Vilnüsdə, Avropa Birliyinin Sammitində gizli sənəd imzalmaq niyyətindədirlər. Onlar bunu etməklə ölkənin konstitusiyasını və qanunlarını pozurlar”, – deyə Moldova Kommunist Partiyasının lideri Vladimir Voronin bildirib.
Voronin əlavə edib ki, Rusiya, Belarus və Qazaxıstan Moldovaya daha ucuz yanacaq təklif edə bilər.
Qeyd edək ki, Moldova höküməti gələn həftə Litva paytaxtında Avropa Birliyi ilə əməkdaşlıq sazişi bağlamağı planlaşdırır. Rusiya bunun baş verəcəyi təqdirdə qaz təchizatını dayandıra biləcəyini bildirib. Artıq keyfiyyətin standardlara cavab verməməsi adıyla Rusiyada Moldova şərablarının satışına qadağa qoyulduğu bildirilir./ans/
1924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...