Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

Nardaran Xanım Zeynəb (s.ə) meydanında mövlud mərasimi keçrilib - Fotolar

Nardaran qəsəbəsi Xanım Zeynəb (s.ə) adına meydanında Xanım Zeynəb (s.ə)-nın mübarək mövlüd mərasimi keçrildi. 

 Bildiyimiz kimi Cəmadiyəl-əvvəl ayının 5-də İslam Peyğəmbərinin (s.) əziz nəvəsi, İmam Əlinin (ə) və Həzrət Zəhranın (s.ə) qızı, Həsəneynin (ə) bacısı, Kərbəlanın böyük qəhrəmanı Zeynəbi-Kübranın (s.ə.) mübarək mövlud günüdür. Bu münasibətlə, Nardaran qəsəbəsində yerləşən Xanım Zeynəb meydanında  Xanım Zeynəb (s.ə)-nın mübarək mövlüd mərasimi keçrildi./nardaranpiri.com /




Tədbir Nardaran qəsəbəsi - "Xanım Zeynəb (s.ə) adına meydanda qəsəbə sakinlərinin,qonşu qəsəbədən və ölkəmizin müxtəlif məntəqələrindən gəlmiş qonaqların iştirakı ilə baş tutmuşdur.








 Mərasim müqəddəs kitabımız Qurani-Kərimin Kərbəlayi Zahid tərəfindən tilavət olunması ilə açııldı. Müqəddəs ayələrin tilavətindən sonra salavat zikr olunmuş, ardınca mərasimin aparıcısı dəyərli ruhanimiz, ilahiyyatçı alim, Hüccətul islam vəl muslimin Hacı Şeyx Fədai (Hacı Nuhbala) giriş nitqilə çıxış edərək mərasim iştirakçılarını, dünya müsəlmanlarını və Zəmanə İmamını (ə.f.) əziz mövlud münasibətilə təbrik etdi.

 Mübarək mövlud mərasimində Nardaran kəndinin dəyərli ruhani-alimləri Hüccətul islam vəl muslimin Hacı Əli Nur, Hüccətul islam vəl muslimin Hacı Əlihüseyn Nuriyev də iştirak edərək Zeynəbi-Kübranın (s.ə.) həyatından və onun mübarizəsindən bəhs edən çox gözəl xütbələr etdilər.







 Daha sonra mübarək mövlud mərasimi böyük Əhli-beyt məddahı Hacı Yaşar Cahidin rəhbərliyi ilə "Əhli-beyt məddahları" ilahilər qrupuna həvalə edildi. Qrupun üzvləri Hacı Nasir, Kərbəlayi Zahid, Muhəmməd Mücahid və Kamran Həzinin ifasında səslənən gözəl ilahilər mərasim iştirakçılarına xüsusi zövq bəxş etdi.












 Mübarək bayram mərasimində həmçinin, Əhli-beyt məddahı Hacı Səməd tərəfindən yenicə yaradılmış "Mürqi-səba" qrupu da iştirak etmiş, qrup üzvləri tərəfindən bir-birindən gözəl ilahilər səsləndirilmişdir. Qrup üzvü gənc məddah Etibar öz gözəl qəzəl ifası ilə mərasimə əlavə rəng qatdı.





 Mövlud tədbiri "Fərəc" duasının cəmlə ifası,
 tədbiri iştirakçılar üçün təşkil edilmiş bayram süfrəsinin verilməsi və mövlüd münasibəti ilə hazırlanmış tortun kəsilməsi ilə başa çatmışdır.





















2658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı