Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

MOSSAD Netanyahunun yalanını ifşa etdi

İsrailin Baş naziri Binyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı BMT-dəki çıxışını ifşa edən sənəd ortaya çıxıb.

MOSSAD-ın bir neçə il əvvəl hazırladığı hesabat İngiltərənin “Qardian” qəzeti tərəfindən yayımlanıb.

MOSSAD-ın İranın nüvə proqramı ilə bağlı hazırladığı gizli hesabatında İranın yalnız 20 faiz nisbətində uranı zənginləşdirdiyi və bundan artıq zənginləşdirmək üçün potensialı olmadığı qeyd olunub.

Məlumatda bildirilib ki, MOSSAD bu hesabatı İsrail Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışından bir neçə həftə sonra hazırlayıb. Həmin çıxış zamanı Netanyahu əlində bir cədvəl tutaraq İranın 1 il ərzində nüvə silahı istehsal etməyə hazır olduğunu iddia etmişdi./axar/
751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:14