Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

İŞİD-dən dünyanı titrədəcək əməl

İŞİD silahlı qruplaşmasının üzvü olan yaraqlılar Suriyada növbəti dəfə dünyanı lərzəyə salacaq hadisə törədib. Silahlılar ölkənin şimal-şərqində 150 aysor xristianı oğurlayıb.

"Suriya Xristian" qrupu bildirib ki, itkin düşənlər arasında qadınlar və qocalar var.

Mənzil qərərgahı Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə Təşkilatı bəyan edib ki, Həsəkə şəhəri yaxınlığında olan kəndlərdən 90 nəfər oğurlanıb. Həmin şəhər kürdlərin əlindədir.

Xatırladaq ki, Suriyadakı kürd döyüşçülər üç gün əvvəl ölkənin şimal-şərqində yaraqlılara qarşı iki hücum həyata keçiriblər. Onlara ABŞ koalisiyasının hava zərbələri yardım edib./ans/
890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber