Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

Kılıçdaroğludan ağır sözlər

Türkiyə Suriyadan gətirdiyi Süleyman Şahın nəşini Şanlıurfa vilayətində dəfn etməyə hazırlaşır. Nəşin dəfn olunacağı yerdə hazırda məqbərə tikilir.

Hökumət yeni məqbərinin mühafizəsi üçün bölgəyə ağır hərbi texnika cəlb edib.

Bir qədər əvvəl Türkiyə hərbi qüvvələri ağır hərbi texnikanın da müşayiəti ilə Suriyanın eksklav bölgəsinə daxil olmuş, Süleyman Şahın nəşini və bölgədə keşik çəkən əskərləri təxliyə etmişdilər.

Hərbi əməliyyat zamanı 2 əsgər ölmüşdü.

Hökumət əməliyyatları kifayət qədər uğurlu hesab etsə də, müxalifət döyüşdən qaçmağı uğur kimi qəbul etmir.

Kamal Kılıçdaroğlu: “Həm qaçırlar, həm də bu, qələbədir deyirlər. Qaçmaq nə vaxtdan bəri qələbə olub… 10 hektarlıq yerdə bir türbə inşa etmisən. Qaçıb gəlmisən. Bunu qələbə kimi təqdim edirsən. Öz torpağını satan adama nə deyərlərsə, mən də sənə onu deyirəm. Süleyman Şaha hücum ola bilər dedin, o torpaqları qorumaq üçün Türkiyə Böyük Millət Məclisindən səlahiyyət istədin, biz də sənə səlahiyyət verdik. Ancaq qaçasan deyə deyil, torpağı qorumaq üçün sənə səlahiyyət verdik”

Suriyanın Hələb vilayətində yerləşən Süleyman Şah Türbəsi Türkiyənin yeganə eksklav ərazisi idi. Rəsmi Ankara İŞİD silahlılarının hücum təhlükəsi ilə əlaqədar bölgəyə nəzarət edən qüvvələrin, eyni zamanda, Süleyman Şahın nəşininin təxliyəsinə qərar vermişdi./ans/
767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber