Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

“Spayker” cinayət hadisəsinin amili cəhənnəmə vasil edilib!

İraqın hərbi qüvvələri çox dəqiq bir əməliyyatdan sonra “Spayker” hərbi hava qərargahında törədilən çox böyük cinayətin planını cızan Nasir Əmunəni Səlahəddin vilayətində cəhənnəmə vasil ediblər. Həmin hadisədə terroristlər hərbi hava texnikomunda təhsil alan 1700 nəfər tələbəni (şiə olduqlarına görə) edam edərək cəsədlərini Fərat çayına atmışdılar.

Əldə edilən yeni məlumatlara görə, hələ ki, əl-Ənbar vilayətinin əl-Bağdadi məntəqəsində gərgin vəziyyət hökm sürür, qaçqınların sayı daim artmaqdadır, xalqın vəziyyəti olduqca ağır və bir çox yerlərdə İŞİD tərəfindən sipər kimi istifadə edilir. İraqın hərbi qüvvələri imkan daxilində camaatı hissə-hissə məntəqədən çıxarmaq üzrədir və mühasirə edilən ərazilərə ərzaq yardımları yetirməklə məşğuldurlar. Həmçinin onlar yeddi intihar əməliyyatının da qarşısını almış və hərbi-texniki mütəxəssislər məntəqədə yerləşdirilən bir çox minaları zərərsizləşdirmişlər.

“Əl-Aləm”in verdiyi xəbərdə o da qeyd edilir ki, əl-Ənbar zonası boyu cəbhə bölgələrinə vaxtında lazımi qədər silah-sursat və təchizat da göndərilib.
İraqın müdafiə nazirliyi də bildirib ki, onların xüsusi qüvvələri əl-Kərəmə məntəqəsindəki əməliyyatda İŞİD-in 25-ə yaxın üzvünü öldürməklə düşərgələrini və çoxlu sayda hərbi nəqliyyat vasitələrini məhv etmişlər.

Nur-az.com
840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dər