Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

Murad Ədilova qarşı ittihamlar ifşa olunur

Fevralın 24-də siyasi məhbus Murad Ədilovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu dəfə prosesdə ilk olaraq Sabirabad rayon cinayət axtarış şöbəsinin rəsisi Vüsal Şəməndiyev ifadə verib. Şəməndiyev əməliyyatı Bakı şəhərindən gəlmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Elman adlı şəxsin rəhbərliyi altında həyata keçirdiklərini bildirib. Şəməndiyev Murad Ədilovun narkotiklərin dövrüyyəsilə məşğul olduğu haqda məlumat aldıqlarını və bu məlumatlar əsasında əməliyyat keçirərək Murad Ədilovu yaşadığı Xəlifəli kəndinin girəcəyində həbs etdiklərini bildirib. Murad Ədilov, onun bu ifadəsinin şər-böhtan, həqiqətdən uzaq ifadələr olduğunu bildirib. Murad Ədilov isə dəfələrlə “Allah yalan deyənin evini yıxsın, balasını öldürsün”,- deyərək Şəməndiyevin sözünü kəsib. Vəkil Yalçın İmanovun Vüsal Şəməndiyevə ünvanladığı suallar isə bir neçə ziddiyyətli məqamı üzə çıxarıb. Yalçın İmanov Şəməndiyevdən soruşub ki, doğurdan da Murad Ədilov kəndin girəcəyində həbs olunmuşdusa və protokolda göstərildiyi kimi saxlanıldığı vaxt üstündə narkotik aşkarlanmışdısa, niyə o bir başa yaşadığı evə yox, polis şöbəsinə aparılıb. Yalçın İmanov bildirib ki, Murad Ədilov saxlanıldıqdan 2 saat sonra onun evində axtarış aparmaq məntiqsizldir və suallar doğurur. Demək, məntiqlə Muradın yaşadığı evdə narkotik olubsa da, bu müddət ərzində həmin narkotik gizlədilməlidir. Vəkil, şəməndiyevdən niyə bu detalları nəzərə almadıqlarını soruşsa da, qarşı tərəfdən cavab ala bilməyib. Yalçın İmanovun Şəməndiyevə növbəti sualı isə Murad Ədilovun yaşadığı evdə aparılan axtarışla bağlı oldu. Vəkil Yalçın İmanov niyə Muradın anasının təkcə Muradın yataq otağında deyil, başqa otaqlarda və həyətdə də narkotik maddələr gizlədiyi haqda ifadə verməsinə baxmayaraq, siz yalnız Muradın yataq otağını axtarmaqla kifayətlənmisiz sualına da Şəməndiyev cavab verə bilməyib. Prosesin gedişində əməliyyatın tamamilə qurama olduğunun ifşa olunması hakimin də narahatçılığına səbəb olub. Buna görə də hakim prosesin gedişi zamanı dəfələrlə qaressivlik nümaiş etdirib, ziddiyyətlərin üzə çıxmasına əngəl olmağa çalışıb. Yalçın İmanov Murad Ədilovun saxlanılan zaman işgəncəyə məruz qalmasına da toxunub. Şəməndiyev bunu inkar etsə də, Murad Ədilov Şəməndiyevin yalan danışdığını, məhz onun otağında Sabirabad polis rəsinin müavini Əlifağa Kazımov və başqa 4 nəfər tərəfindən ağır işgəncələrə məruz qaldığını bildirib.Sonda çıxış edən Murad ədilov, ona qarşı sürülən ittihamların tamamilə absurd olduğunu, heç bir ittihamı qəbul etmədiyini bildirib. Murad Ədilov həbsini qardaşı Murad Ədilovun və özünün siyasi fəaliyyətilə bağlı olduğunu bildirib. Növbəti məhkəmə prosesi martın 13-nə təyin olunub.
734 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55