Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

Bakıda fəhlə tikintidən yıxılaraq öldü

Bu səhər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəhlə ölümü hadisəsi baş verib.

Şəxsiyyəti naməlum fəhlə tikintidən yıxılaraq ölüb. Məlumata görə, hadisə yerinə təcili yardım gəlsə də fəhlənin həyatını xilas etmək mümkün olmayıb. 

Hadisədən xəbərdar olduqlarını deyən Sabunçu rayon prokurorluğunun nümayəndəsi yıxılma faktını istisna edib və ilkin ehtimala görə fəhlənin ürək tutmasından öldüyünü bildirib.

Prokurorluq əməkdaşı həmçinin hadisə yerində müstəntiqlərin işlədiyini, ölümün dəqiq səbəbinin və mərhumun şəxsiyyətinin araşdırmalardan sonra məlum olacağını deyib.
1877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı