Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2015

İraqdan ABŞ və İngiltərəyə şok ittiham: "Koalisiya İŞİD-i silahlandırır"

İraq parlamentinin deputatı Hakim Əl-Zaməli İŞİD-ə qarşı koalisiyanın başında duran ABŞ və koalisiyanın güclü ortaqlarından olan İngiltərə haqqında ciddi iddialar irəli sürüb.

İran və Amerika mətbuatına sızan xəbərlərə görə, Əl-Zaməli verdiyi açılamada İraq ordusunun Əl-Əkbər bölgəsində İŞİD-ə silah daşıyan iki ingilis təyyarəsini vurduğunu təsdiq edib.

O, rəhbəri olduğu İraq parlamenti beynəlxalq təhlükəsizlik və Müdafiz Komitəsinin İŞİD-ə silah daşıyan və vururlaraq salınan iki ingilis təyyarəsinin şəkillərini əldə etdiyini bildirib. İraq parlamenti bu məsələylə bağlı Londondan açıqlama tələb edib.

Bağdad hökumətinin Əl-Əkbər əhalisi və müdafiə güclərindən vaxtaşırı məlumat almağa çalışdığını deyən Əl-Zaməli əldə etdiyi bilgilərdə ABŞ-ın nəzarətindəki koalisiya təyyarələrinin İŞİD terrorçularının təlim keçirdiyi torpaqlara çoxlu sayda silah yardımı etdiyini bildirirb.

Əl-Zaməli ABŞ-ın Kərbəla və Bağdada yaxın olan Əl-Ənbər bölgəsindəki xaosun davam etməsini istədiyini, İŞİD böhranının sona çatmaması üçün koalisiya ölkələrinin terrorçulara silahlı verməsini müdafiə edir.

Amerika mətbuatında yer alan xəbərlərə görə,İraq yetkililəri İŞİD-in nəzarətindən azad olunan ərazilərdə də ABŞ, Avropa ölkələri və İsraildə istehsal olunan silahların tapıldığını bildirib.
1221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:18