Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2015

Türkiyədə yenə yanmış meyit tapıldı

Türkiyə Konya vilayətinin Karatay rayonunda yanmış kişi cəsədi tapılıb.

20-25 yaşlarında olduğu güman edilən kişi cəsədi rayon ərazisindəki boş suvarma kanalında aşkarlanıb.

Rayonun Obruk məhələsinin sakini olan fermer günorta vaxtı tarladan evə qayıdanda 1 km məsafədə olan kanalda yanmış cəsəd görüb.

Fermerin xəbər verməsi ilə hadisə yerinə polis və jandarm qüvvələri cəlb olunub.

Axtarış zamanı meyitin üzərindən onun şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.

Faktla bağlı istintaq başladılıb və meyit məhkəmə tibbi ekspertizasına göndərilib.

Xatırladaq ki, Türkiyədə yaxın günlərdə öldürülərək yandırılmış iki qadın meyiti tapılmışdı./ans/
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı