Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2015

Bu kəndlər 4 gündür ki, işıqsızdır (VİDEO)

Yağan qarın fəsadları Neftçalada özünü elektrik verilişində yaranan fasilələrlə özünü göstərib. 4 gündür ki, hələ də işiqsiz qalan yaşayış məntəqələri var. Bundan əlavə rayonda evlər uçub, xeyli sayda ev heyvanı tələf olub.

İki gün əvvəl Neftçalaya yağan 60-70 sm qalınlıqda qarın fəsadları hələ də qalmaqdadır. Elektrik təsərrüfatı iflic vəziyyətinə düşüdüyündən əksər yaşayış məntəqələri artıq 4-cu gündür ki, işıqsızdır. Hazırki saatda ancaq Neftçalanın mərkəzinə enerjinin verilişini bərpa etmək mümkün olub.

Neftçala rayon icra hakimiyyətinin şöbə müdiri Anar Cəfərovdan aldığımız məlumata görə, təbii fəlakət nəticəsində rayon ərazisində 800-dən cox talvar aşıb,120 ev uçub, 100-dən artıq avtomobil, 4 traktor, kombayn, yük maşını yararsız hala düşüb. 7 çoxmərtəbəli yaşayış binası, 8 məktəb binası, 3 şadlıq sarayının dam örtükləri dağılıb. Bir şadlıq sarayı isə tam yayarsız vəziyyətə düşüb. Kənd təsərrüfatı da zərərsiz ötüşməyib. 70 baş iri və xırdabuynuzlu heyvan, xeyli sayda ev quşları məhv olub. Şitillik təsərrüfatları dağılıb.

Hazırda rayon FHK dəyən ziyanın miqyasını araşdırır və nəticələri tədricən aradan qaldırılır.


857 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı