Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2015

Bakıda qar əridi, köhnə problemlər başladı (VİDEO)

Qarın əriməsindən artıq iki gün keçib, amma fəsadlar qalmaqdadır. Kənd Əhmədlidə yaranan gölü buna misal göstərmək olar.

Əhmədlidə maşınların və piyadaların istifadə etdiyi yolla baxanda yoldan əsər əlamət belə görünmür. Yağan qar nəticəsində yığılıb qalan su bu mənzərəni yaradıb. Maşını suda batan kim, avtomobilinin dövlət qeydiyyat nömrəsini axtaran kim.

Su çox olduğundan, hətta iri maşınlar da yolu güclə keçirdilər.

Bu zaman sərnişin avtobusu da suya təslim oldu. Su o qədər çox idi ki, hətta avtobusu içərisinə qədər dolmuşdu. Biz isə başqa bir maşınla həmin avtobusun yanına yaxınlaşdıq.

Qəsəbə sakinləri deyirlər ki, bu halla birinci dəfə deyil ki, qarşılaşırlar. İldə ən azı bir dəfə bu mənzərənin şahidi olurlar. Bununla bağlı müvafiq qurumların qapısını döysələr də heç bir xeyri olmayıb.

Xətai Rayon İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən ərazidə yol təzə təmir olunub. Ərazidə drenaj sistemi olmadığından yolda hər dəfə belə bir mənzərə yaranır. Amma sabah texnika əraziyə göndəriləcək və su ərazidən çəkiləcək./ans/


1101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45
“O dey