Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2015

“Tayms”: “Türkiyə İŞİD məsələsində Qərbi aldadır”

“Türkiyə bir tərəfdən Suriya Prezidenti Bəşər Əsədi devirmək, digər tərəfdən isə kürdlərin Yaxın Şərqdəki iqtidar boşluğundan faydalanmasının qarşısını almaq istəyir”.

Bu açıqlama ilə İngiltərənin “Tayms” qəzetinin yazarı Rocer Boyes çıxış edib. O, Türkiyə rəhbərliyinin İŞİD komandirləri ilə aktiv ünsiyyətdə olduğunu bildirib:

“İŞİD-ə qarşı keçirilən əməliyyatlarda Türkiyə “şübhəli” müttəfiq halına gəlib. Türkiyə bir tərəfdən Suriya Prezidenti Bəşər Əsədi devirmək, digər tərəfdən isə kürdlərin Yaxın Şərqdəki iqtidar boşluğundan faydalanmasının qarşısını almaq istəyir. Bu prioritetlər İŞİD-i Türkiyə üçün düşməndən çox faydalı bir tərəfdaş halına gətirir. Türkiyə ABŞ liderliyindəki koalisiyanın bir parçasıymış kimi görünür, digər tərəfdən isə düşmənin işini asanlaşdıracaq yollar tapır. İŞİD-in iqtisadiyyatı türk vasitəçilərə bağlıdır. Türkiyə İŞİD komandirləri ilə aktiv ünsiyyət kanallarına sahibdir. Türkiyə hökuməti bu qarşıdurmada kimin düşmən olduğu mövzusunda hələlik heç bir konsensusa gəlməyib və bu da özlüyündə Türkiyəyə inamı azaldır. Hələlik bu ölkə ilə dostmuş kimi davranmağımız lazımdır”./axar/
1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22