Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2015

Hindistanda donuz qripi: 935 ölü

Hindistanda “donuz qrip”i virusundan (H1N1) ölənlərin sayı 935 nəfərə çatıb.

TASS-ın verdiyi xəbərə görə, xəstəliyə 16 mindən çox insan yoluxub.

Hindistanın səhiyyə naziri Caqat Prakaş Nadda vəziyyətin ciddi olduğunu bildirərək vətəndaşları təşvişə düşməməyə çağırıb. “Hökumət virusun yayılmaması üçün bütün lazımı tədbirlər görür”, deyə nazir bildirib.

Qeyd edək ki, “donuz qrip”inə yoluxma halları Hindistanın 28 ştatından 22-də qeydə alınıb.
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01