Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

Moskvada iki gəlmə qadın vəhşicəsinə öldürülüb

27 yaşlı dağıstanlı qadının əlləri və ayaqları kəsilib, üzərində isə xaç formasında yara aşkarlanıb

İnterAz-ın Rusiya bürosu xəbər verir ki, xüsusi qəddarlıqla törədilən qətllər Rusiya paytaxtının cənub-qərbindəki iki ayrı-ayrı rayonlarında qeydə alınıb. Səhər saat 9-00 radələrində şəhər polisinə şahiddən daxil olan məlumatda bildirilir ki, o, Kotlovka çayında qadın cəsədi görüb. Dərhal “Sosenki” parkına gəlmiş əməliyyat-istintaq qrupu həqiqətən də çayda Qazaxıstan vətəndaşı olan 32 yaşlı qadının cəsədini aşkarlayıb. Öldürülənin əynində paltarının bir hissəsi yox idi, onun ölümünə səbəb isə başındakı çoxsaylı yaralar olub.

Bir neçə saatdan sonra polisə ərizə ilə bir qadın müraciət edərək bildirib ki, Brusilov küçəsindəki evlərdən birinin pilləkənlərində qadın meyiti görüb. Hadisə yerinə gəlmiş əməliyyat-istintaq qrupu blokun altıncı mərtəbəsində bu evin mənzillərindən birində yaşayan Dağıstandan olan 27 yaşlı qadının cəsədini tapıblar. Öldürülənin əlləri və ayaqları kəsilmişdir, qarnında isə ekspertlər xaç formasında yara aşkarlayıblar.

Hər iki qətllə bağlı cinayət işləri açılıb. Bu faktı Moskva şəhər polis idarəsinin mətbuat xidmətindən də təsdiqləyiblər.
1935 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı