Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2015

"Uca millət, rüşvət almayın, rüşvət verməyin"

Biz demişdik axı..!

Biz demişdik və yenidən deməyin faydalı olduğunu düşünürük. Uca millət, rüşvət almayın, rüşvət verməyin.. Seçkiləri saxtalaşdırmayın.. Haram çörək yeməyin. Övladlarınızı zəhərləməyin.. Biz demişdik və yenidən deyirik: Təhsil alıb şər rejimin istəklərinə, strateji hədəflərinə “haram” qatın, cahilliyə son verin. Biz demişdik axı aldanmayın, aldatmayın. Biz demişdik ki, hüquqlarınızı bilin, onları qoruyun....
İllərdir yarı ac, yarı tox sizin üçün mübarizə aparan bir ovuc insana inanın demişdik.
Övladlarının böyüməyini görməyən, illərlə onlardan ayrı qalan, məhz sizin üçün mübarizə aparan insalara inanın demişdik. Oğlu dünyaya gələndə sevgilisinin, həyat yoldaşının əlini tuta bilməyən Rəşadətə, qızını əlindən tutub məktəbə apara bilməyən Pərvizə inanın demişdik. 17 yaşında həbs olunmuş, atasını həbsxanada itirmiş Şahinə, ömrünün yarısını Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr etmiş Leyla Yunusa arxa olun demişdik. Vətəndaş olmanın ən gözəl nümunəsini yaradan, bütün həyatını sizə bağışlayan Xədicəyə, gözünü qırpmadan həbsə gedən İntiqam Əliyevə inanın demişdik. Hacı Abgülə, 20 yaşını həbsxanada keçirən Ömərə, Seymura, Anara, Bəşirə və həbsxanada sizin üçün əzab çəkən onlarla dəyər daşıyıçısına inanın demişdik. Onlar üçün yox, özünüz üçün azadlıq tələb edin demişdik.
İndi hamınız təlaş içindəsiniz. Milyardlarınızı itirdiyinizi bilə-bilə, bir neçə yüz manatınız üçün ağlayır, başınızı daşa döyürsünüz. Bəziləriniz isə intihar etmək istəyir. Hamınız dollarla götürdüyünuz krediti fikirləşirsiniz. Leylanın, Arzununun, Heydərin sağa-sola tökdüyü sizə məxsus milyardları istəməyə qorxursunuz. Aha, ay sonu gəlir, nə edəcəksiz?! Siqaret də bahalaşdı, dərdinizi bölüşməyə dostunuz yoxdu artıq. O da sizi atıb gedir. meyvə suyu çmək istəyirsiz? Ona da pulunuz yoxdu. Uşaqlar acdır, çörəksə bahalaşıb.
Bilirəm, bizə inanırsız. Hətta ürəyinizin bizimlə olduğuna da şübhə etmirik. Amma bu mübarizədə ürəkli olmaq gərəkir, ürəyini kiminsə yanında qoymaq yox.
Biz, sizə bir daha deyirik: Nə qədər ki, bu hökumət dəyişməyib, siz daha pis yaşayacaqsız, hər gün daha çox əzab çəkəcəksiniz. Amma onu da deyirik ki, gec deyil. Biz yenə deyirik, rüşvət almayın, rüşvət verməyin,seçkini saxtalaşdırmayın, hüququnuzu bilin və etiraz edin! 

Bəyim Həsənli/azadlıq
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...