Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

“Bəşər Əsədin Türkiyə ilə bağlı proqnozu özünü doğruldacaq”

Cümşüd Nuriyev: “Ərdoğanın hakimiyyətdən getsə belə Türkiyə onu gözləyən bəlalardan qurtara bilməyəcək”

Suriya prezidenti Bəşər Əsəd iki gün bundan öncə Türkiyənin müxalifət mediasına verdiyi geniş müsahibəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın ünvanına kəskin tənqidi ifadələr səsləndirib. O, Ərdoğanı Türkiyəni fəlakət və sonu görünməyən xaosa yuvarlamaqda günahlandırıb. Bəşər Əsəd bildirib ki, Ərdoğan hökuməti Suriyada döyüşən terrorçu qruplara dəstək verməklə özünə quyu qazmış oldu: “Heç kəs zəmanət verə bilməz ki, bu gün Qərbin diktəsi ilə bizim əleyhimizə döyüşən terrorçu qruplaşmalar sabah Türkiyəyə tərəf istiqamətləndirilməyəcək. Suriyada terrorçular vasitəsilə cinayətlər və qətliamlari törədən qüvvələr, sabah eyni prosesi Türkiyədə həyata keçirəcəklər.”

Bəşər Əsədin proqnozları ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Cümşüd Nuriyev maraqlı və diqqət çəkən məqamlara toxundu. Müsahib bildirdi ki, Bəşər Əsədin proqnozlarının özünü doğrultma ehtimalı çox yüksəkdir.

Bəşər Əsədə qarşı təkcə PKK qruplaşmalarının döyüşmədiyini bildirən politoloq, “hazırda Suriyada dünyanın müxtəlif müsəlman ölkələrindən, hətta Azərbaycandan gedən terrorçular belə döyüşür. Həmin terrorçuların böyük əksəriyyəti Türkiyənin üzəridən keçməklə yanaşı orada hazırlanaraq Suriyaya göndərilir”, - deyə qeyd etdi: ”Çox təəssüf ki, Ərdoğan ABŞ-ın oyuncağına çevrildi. Gərək Ərdoğan Suriyaya girişməmişdən öncə tanınmış yazar Corc Fridmanın “Növbəti 100 il” əsərini oxuyardı. Orada ABŞ-ın üç dövlət vasitəsilə Rusiyanı dağıtdıqdan sonra həmin dövlətləri aradan aparmaq planı yer alıb. Həmin dövlətlər Polşa, Türkiyə və Yaponiyadır. Görünən budur ki, Türkiyənin xüsusi xidmət orqanları ya Ərdoğanı ABŞ-ın bu planı ilə bağlı məlumatlandıra, ya da ki, siyasi cəhətdən Amerikanın planlarını sezə bilməyib.”

Politoloq onu da bildirdi ki, hazırda Amerikanın əsas planlarından biri Türkiyənin parçalamaqdır: “Planda indiki İraqın ərazisində olan və kürdlərin elan etdikləri muxtariyyatdan Gürcüstanın ərazisini əhatə edəcək böyük Kürd dövlətinin qurulması nəzərdə tutulub. Həmin dövlətin ərazisi Azərbaycanla və Türkiyənin sərhədlərinə qədər gəlib çıxması nəzərdə tutulub. Bu çoxlu qorxulu bir tendensiyadır. ABŞ-ın 2008-ci ildə çap edilən “Silahlı Qüvvələr” jurnalında böyük Kürd dövlətinin hətta xəritəsi belə dərc edilib. Maraqlıdır ki, belə bir planın olduğu halda nəyə görə Ərdoğan Türkiyənin mövqelərini zəiflədən addımlar atdı?”

Hazırda ABŞ-ın İngiltərə ilə İsrail tərəfindən idarə edildiyini bildirən Cümşüd bəy, “İsrail ABŞ-ın ərköyün övladı olmaqla yanaşı, Amerikada ən böyük lobbilər məhz yəhudilərə və ingilislərə məxsusdur. Türkiyə ilə İsrailin gərginliklərinin artırılmasında ABŞ birbaşa maraqlı idi. İndi isə Türkiyənin məhvi planlaşdırılır”, - deyə söylədi: ”Onsuzda bir neçə aydan sonra keçiriləcək bələdiyyə seçkilərindən Ərdoğan hakimiyyəti ciddi şəkildə məğlub olacaq .Yaxın 6 ay ərzində Ərdoğanın hakimiyyətdən getmək ehtimalı həddən artıq yüksəkdir. Bura ABŞ və Rusiyanın razılaşması və İran faktoru daxildir. Suriyaya birbaşa hücuma keçməyin tərəfdarı olan Ərdoğan buna görə hətta Türkiyənin maraqlarını ayaq altına atmağı belə razıdır. Ərdoğandan başqa bir şey gözləmək də doğru olmazdı. Ərdoğanın əsl familiyası Məzarçıdır. Onun qanında türkçülükdən əsər-əlamət yoxdur. Ərdoğan acarla yunanın qarışığından dünyaya gəlib. Xanımı isə yəhudi ilə ərəbin qarışığıdır. Belə bir şəxsin Türkiyəni sevmək şansı çox aşağıdır. Ərdoğan hakimiyyətə gəldikdən sonra isə ölkədə vətənə, orduya və millətə sevgini tamamilə məhv elədi. Artıq mavr öz işini gördü və bundan sonra Ərdoğan aradan getməlidir. Bəşər Əsəd təsadüfü adam deyil və o, elə-belə söz danışmaz. Ərdoğanın Suriyaya elədiklərinin cəzasını çox təəssüf ki, Türkiyə dövləti ödəmək məcburiyyətində qalacaq. Eyni halda Ərdoğanın hakimiyyətdən getsə belə Türkiyə onu gözləyən bəlalardan qurtara bilməyəcək.”
1661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...