Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

Zaqatala rayonunda silahlı insident baş verib

Zaqatalada naməlum şəxslər avtomobili avtomatdan atəşə tutublar, üç nəfər ölüb

Zaqatala rayonunda silahlı insident baş verib.

Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, “Hyundai” markalı maşına avtomatdan atəş açılıb.

Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.

Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Atəşə tutulan avtomobilin Balakən rayon sakini Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
1634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber