Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2015

İntihara cəhd edən məktəbli qızdan xəbər var

Ötən gün Cəlilabad rayonunda orta məktəbdə intihara cəhd edən 7-ci sinif şagirdi ağır vəziyyətdə Bakıya gətirilib.
Bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, ağır vəziyyətdə olan qız hazırda Bakı Şəhər 1 saylı Xəstəxanaya yerləşdirilib: “Qız ötən gün səhər saat 09:30 radələrində özünü məktəbin binasından yerə atıb. Onu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirmişdilər. Bu səhər isə qızı Bakıya göndərdik. Qızın bud, çanaq, çənə sümüyü sınıb. Onun bədəni ağır travma alıb. Yəqin ki, sağalacaq”.
Qeyd edədk ki, 13 yaşlı qız özünü məktəbin 3-cü mərtəbəsindən atıb. İntihara cəhdin səbəbləri hələlik məlum deyil, faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır./azvision/
1050 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP