Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2015

27 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 770 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:51