Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2015

Dnestryanıda vəziyyət gərginləşmək üzrədir

Dnestryanı maliyyə yardımının göstərilməsi xahişi ilə Rusiya və Ukraynaya müraciət etmək niyyətindədir. “RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Dnestrya “hökuməti”nin qəbul etdiyi qərarda bildirilir.

İki dövlətin rəhbərliyinə ünvanlanacaq müraciətdə “həm Rusiya, həm də Ukrayna vətəndaşlarının daxil olduğu əhalinin aztəminatlı təbəqələrinə əlavə ünvanlı yardımın ayrılması” təklifi irəli sürüləcək.

Daha bir müraciətin Dnestryanı münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin iştirakçılarına (“5+2”) ünvanlanması nəzərdə tutulub. Müraciətdə “Dnestryanı Moldova Respublikasının xarici iqtisadi fəaliyyətindəki blokadanın ləğv olunması və yerli iqtisadiyyatın müstəqil resurs təminatlılığına nail olmaq üçün təcili tədbirlərin görülməsi” təklifini irəli sürmək qərara alınıb.
881 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...