Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2015

Türk sərhədçi 3 öz hərbçi yoldaşını güllələdi

Türkiyədə əsəb gərginliyi keçirən hərbçi 3 yoldaşını güllələyərək öldürüb.

"İhlas"ın verdiyi məlumata görə, hadisə Ağrı vilayətinin Doiğubəyazid rayonundakı hərbi hissələrdən birində baş verib.

Hadisə barədə açıqlama verən Ağrı meriyası, yerli vaxtla saat 23 (Bakı vaxtıyla saat 1) radələrində “Gökay” sərhəd zastavasına bağlı “Şəhid Fehmi Altınordu” sərhəd birliyində əsgərlərdən birinin əsəb gərginliyi keçirərək tüfənglə eyni pozisiyada olan 3 əsgəri vuraraq öldürdüyünü bildirib.

Açıqlamada, öldürülən hərbçilərdən ikisinin çavuş, birinin isə siravi əsgər olduğu bildirilib.
1049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber