Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2015

Neftçala rayonunun 65 faizi hələ də işıqsızdır

Ölkə ərazisinə təxminən bir həftə əvvəl yağan qar ərisə də, bu müddət ərzində fəsadları aradan qalxmayıb. Aran zonasına çox düşən qar Neftçalanın enerji təsərrüfatına elə zərbə vurub ki, hələ də yaşayış məntəqələrinin yarıdan çoxu işıqsızdır.

Neftçalaya yağan son 50 ilin ən güclü qarı rayonda ciddi fəsadlar törədib. Təbii fəlakət rayona külli miqdarda ziyan vurub. Neftcalanın yaşayış məntəqələrinin 65 faizinə hələ də enerjinin verilişi bərpa olunmayıb.

Yağan qar nəticəsində ən böyük ziyan rayonun enerji təsərrüfatına dəyib. Artıq 5 gündür ki, rayonun əksər yaşayış məntəqələri enerjisiz qalıb.

Yaranan vəziyyətdən narahat olan sakinlər problemin həllini tələb edirlər./ans/
914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24