Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2015

Bakı küçələrində böyüyən 8 yaşlı uşaq (VİDEO)

Səkkiz yaşlı Anar küçələrdə dilənməyə məcbur edilir.

Anarın dediyinə görə, artıq 6 gündür ki, küçələr onun sığınacağı, yollar isə evi olub. Elə Anarın özünü paytaxtın internet klublarından birində tapdıq. Onun sözlərinə görə, paytaxtın müxtəlif yerlərində dilənçiliklə məşğul olub. Çünki buna onu qardaşları məcbur edir. Dilənçilik etmədiyində isə onu döyüb, xəsarətlər yetirirlər. Bu səbəbdən onlardan qorxan Anar orada-burada gecələməyə məcburdur. Validenlərinin isə küçədə qalan Anar Məmmədov öldüyünü deyir. Məktəbə də getmir.

"Qardaşlarım məni pol ağacı ilə döyürdülər və dilənməyə məcbur edirdilər".

Evinin Biləcəridə olduğunu deyən Anarın heç cür ünvanını öyrənib evinə apara bilmədik. Onun dilindən hey qardaşlarım məni döyəcək, onlardan qorxuram ifadəsi düşmürdü. Elə Anarla birgə Azərbaycan Uşaqlar Birliyinin sədri olan Kamalə Ağazadənin rəhbərlik etdiyi uşaq sığınacağına üz tutduq. Kəmalə xanım balaca Anara bir müddətlik sahib çıxacaqlarını, onu isti yemək, yataqla təmin edəcəklərini dedi. Azyaşlının psixoloji durumunun nə yerdə olduğunu müəyyən etmək üçün mütəxəssislə görüş təyin ediləcəyini də vurğuladı. Bu da təbii ki, Anarın validenyləri, yaxınları tapılana kimi.

“Sabah məsələ ilə bağlı Binəqədi rayon polis idarəsinə Anar barədə məlumat verəcəyik. Eyni zamanada Binəqədi İcra Hakimiyyətinin qəyyumluq komissiyasına müraciət olunacaq. Eləcə də onun valideyinlərinin, qohumlarının ortaya cıxmasını gözləyəcəyik”, – deyə Kəmalə Ağazadə bildirdi.

Hər halda, bu günlük Anarın taleyindən əmin ola bildik. Amma onun gələcəyinin necə olacağını isə yaxınlarının üzə çıxması həll edə bilər.


888 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber