Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Psixiatriya xəstəxanasından qaçanlardan biri yaxalanıb

Maştağadakı Psixiatriya Xəstəxanasından qaçmaq istəyənlərin sayı çox olsa da polisin müqavimətini yalnız 4 nəfər qıra bilib

Hadisə Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya xəstəxanasından qaçan 4 nəfərdən biri- Elvin Nəsrullayev müalicə yerinə qaytarılıb. Sabunçu Rayon Mühafizə İdarəsinin rəis müavini Vəli Abbasovun ans-ə verdiyi məlumata görə, Elvin Nəsrullayevi valideynləri Sumqayıt Mühafizə Polisinə təhvil verib.

Sabunçu Rayon Mühafizə Polisi İdarəsindən hadisənin təfərrüatları barədə də məlumat verilərkən bildirilib ki, Maştağadakı Psixiatriya Xəstəxanasından qaçmaq istəyənlərin sayı çox olub. Xəstələr əlbir olaraq, onlara iynə vurarkən və dərman verərəkən tibb bacısına dəmir parçasi ilə müqavimət göstəriblər. Bu şəxslər palatadan çıxa bilsə də, polisin müqavimətini yalnız 4 nəfər qıra bilib.

Noyabrın 15-də 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından qaçan 4 nəfərdən üçünün axtarışı isə hələ davam edir. Bu şəxslər həm də müxtəlif cinayətlər törətməkdə ittiham olunurlar.
1967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber