Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2015

QAT hakimiyyəti və cəmiyyəti ittiham etdi

Qarabağ Azadlıq Təşkilatı Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Avropa Oyunlarında erməni nümayəndə heyətinin iştirakı, həmçinin onların yol xərclərinin Azərbaycan tərəfindən ödəniləcəyinə dair rəsmi Bakının açıqlamalarını pisləyərək bəyanat yayıb.

Bəyanatda deyilir:

"Qarabağ Azadlıq Təşkilatı Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Avropa Oyunlarında erməni nümayəndə heyətinin iştirakı, həmçinin onların yol xərclərinin Azərbaycan tərəfindən ödəniləcəyinə dair rəsmi Bakının açıqlamalarını qətiyyətlə pisləyir, bu mövqeni işğalçı Ermənistan qarşısında təslimçilik kimi dəyərləndirir. İşğalçı Ermənistan nümayəndələrini azərbaycanlı vergi ödəyicilərinin hesabına Bakıya gətirmək, onlara burada hər cür şərait yaratmaq, üstəlik onların təhlükəsizliyi ilə bağlı hansısa əlavə öhdəliklər götürmək mənəviyyatsızlıqdan başqa bir şey deyildir. Bu, işğalçı və onun havadarları qarşısında qul, kölə psixologiyasının nümayiş etdirilməsidir. Bu, on minlərlə şəhidimiz, əsirlikdə çürüyən insanlarımızın təhqir edilməsidir. Azərbaycan hakimiyyətindən suallarımıza cavab verməsini tələb edirik: Əlləri Azərbaycan xalqının qanına batmış, torpaqlarımızı işğal altında saxlayan eybəcər bir rejimin nümayəndələrinin Bakıda hansısa tədbirdə iştirakını necə rəva görürsünüz? Xankəndidə azərbaycanlı girovların üzərində məhkəmə qurulur, bütün Azərbaycan ələ salınır və yaxud cəhbə xəttində azərbaycanlı əsgər erməni gülləsindən həlak olur və bütün bunlarla eyni vaxtda erməni idmançısı heç nə olmamış kimi hansısa idman növündə çıxış edir, ya da erməni məşqçi Azərbaycanın paytaxtında oturub sakitcə yemək yeyir, çay içir- bunu özünüzə nə cür təsəvür edir və özünüzə nə cür sığışdırırsınız? Bunun rəzalət və zəlillikdən başqa bir adı var, ya yox?

Biz bu sualları təkcə hakimiyətə deyil, bütün Azərbaycan cəmiyyətinə, o cümlədən idmançılara, idman sahəsində çalışan hər kəsə yönəldirik. Hər kəs öz imkanları daxilində bu rəzalətin, təhqirin başımıza gətirilməsinə imkan verməmək üçün çalışmalıdır.

Biz öz növbəmizdə bildiririk ki, işğalçı Ermənistan bütün beynəlxalq tədbirlərdən, o cümlədən idman tədbirlərindən təcrid edilməli, qovulmalıdır. Bu, Ermənistanın işğalçı hərəkətlərinə görə cavab tədbiridir və heç kəs bizi hansısa saxta arqumentlərlə inandırmağa çalışmasın. Biz Ermənistan nümayəndələrinin Bakıya gəlişinə imkan verməyəcək, əgər gələrlərsə, onların dərhal rədd olub getmələri üçün bütün vasitələrdən istifadə edəcəyik."
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber