Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Kiyev mitinqlərə meydan oldu

Avrointeqrasiya və Yanukoviç tərəfdarları eyni vaxta aksiya keçirir

Kiyevdə "Berkut" xususi təyinatlı dəstənin üzvləri çadırları söküb. Ancaq aksiya təşkilatçıları gecə saatlarında yeni çadırların meydana gətiriləcəyini deyiblər. Bu arada "Udar" partiyasının rəhbəri Vitali Kliçko da meydana gəlib çıxıb. O ukraynalıları hər gün meydana toplaşmağa səsləyib. Aksiya iştirakşıları qələbəyə qədər mitinqlər keçirəcəyinə dair qətnamə qəbul ediblər. 

***

Axşam saatlarında Hökumət binasına daxil olmağa cəhd edən nümayişçilərlə polis arasında toqquşma olub. Nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib.  Ancaq aksiya iştirakçıları meydanda 15-dən artıq çadır yerləşdirərək fasiləsiz aksiyanın keçiriləcəyini bəyan ediblər. Bu arada gənclər Avropa liderlərinə və ABŞ prezidenti Barak Obamaya müraciət ünvanlayıb. Avrointeqrasiya tərəfdarı olduqlarını bəyan edərək sabahdan təhsil müəəsisələrində tətilə başlayacaqlarını bəyan ediblər. Ukraynanın digər şəhərlərində də minlərlə insanın qatıldığı aksiyalar keçirilir. Ukrayna KİV-nin verdiyi məluamat görə, yüz minə yaxın insanın qatıldığı aksiyanın keçirildiyi Avropa meydanı dolsa da, meydana axın davam edir. Aksiyada çıxış edənlər Yanukoviçdən hökuməti istefaya göndərməyi tələb edirlər. 

***

Ukraynanın paytaxtı Kiyevdə, Taras Şevçenkonun abidəsi önündə avrointeqrasiya tərəfdarlarının mitinqi keçirilir. Aksiya iştirakçılarının əlində müxalifət partiyalarının bayraqları var.
Etirazçılar Ukrayna hökumətinin Avropa Birliyi (AB) ilə assosiativ saziş layihəsi imzalanmasına hazırlıq prosesini dayandırmasına qarşıdırlar.
Yerli mətbuatın yazdığına görə, bu saatadək heç bir toqquşma qeydə alınmayıb. Müxalifət liderlərinin dediyinə görə, meydana toplaşanlar 100 mindən çoxdur. Polis isə mitinqin keçirildiyi meydanda 3 min adamın toplaşdığını deyir
Hakimiyyət nümayəndələri Ukraynanın “UDAR” müxalifət partiyasının lideri Vitali Kliçkonun mitinqə vaxtında qoşulmasına maneə yaradılıb. Bu barədə partiyanın rəsmi saytında məlumat yer alıb.
Bildirilir ki, yerli aeroport V.Kliçko Kiyevə qayıtdığı təyyarəni qəbul etməkdən imtina edib. Kliçko Avpova siyasətçiləri ilə görüşlərdən qayıdırmış. Partiyanın yaydığı məlumata görə, partiya liderinin olduğu təyyarə başqa şəhərdə yerə enməli olub.

Kiyevin Mixaylovsk meydanında isə hökumət tərəfdarıarının mitinqi təşkil olunub. Mitinq iştirakçıları meydana Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamaqdan imtina edən Ukrayna hakimiyyətinin addımını dəstəklədiklərini bildirmək üçün çıxdıqlarını deyirlər. “Ukraunskaya pravda” qəzetinin yazdığına görə isə sadə ukraynalılar həmin tədbirə zorla gətiriliblər. Belə ki, hakimiyyət orqanlarının təmsilçiləri büdcə təşkilatlarında çalışan adamları ora Kiyev ətrafındakı xırda şəhər və qəsəbələrdən xüsusi avtobuslarla daşıyıblar.



1727 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber