Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

28 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 761 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, bəzi şimal və şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 isti olacağı gözlənilir.
1132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber