Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Bakıda 46 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Ötən gecə paytaxtda qətl hadisəsi qeydə alınıb.

46 yaşlı kişi bıçaqlanaraq öldürülüb. Hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Arzu Rzayev küçəsi ev 10, mənzil 19 ünvanında yaşayan 46 yaşlı İlham Feyzulini qonşuları küçənin ortasında yaralı halda görüblər. Kömək istəyən yaralı təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanada məlum olub ki, İlham Feyzuli naməlum şəxs tərəfindən daxili nüfuz edən 4 bıçaq zərbəsi alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq çoxlu qan itirən yaralı dünyasını dəyişib./apa/
999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP