Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Peşmərgə Suriyaya keçdi

İraq Kürd Yerli Administrasiyası tərəfindən Hələbə bağlı Kobani (Ayn əl Ərəb) şəhərinə növbəti peşmərgə qrupu göndərilib.

Jandarma qruplarının müşayiəti ilə Suruç sərhədinə çatan Peşmərgə karvanı Mürşidpınar Sərhəd Qapısından keçərək Suriya ərazisinə daxil olublar. Maşın karvanının hərəkəti zamanı yüksək təhlükəsizlik tədbirləri görülüb.

İKYA ilk dəfə Türkiyə ötən il oktyabrın 28-də Kobaniyə 150 nəfərlik Peşmərgə qüvvəsinin keçməsinə icazə vermişdi. Bu günə qədər Kobaniyə keçən peşmərgə silahlıalrı orada İŞİD terror təşkilatı ilə vuruşan kürd qruplara dəstək veriblər.

"Al Mayadin" qəzeti bu qüvvələrin "Katyuşa" raketləri, uzaqmənzilli toplar, havadan müdafiə raketləri, müxtəlif minaatan və zirehli texnikalar kimi bir sıra ağır silahlara malik olduqlarını yazır./ans/
803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP