Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Balakənin icra başçısı örüş sahələrini varlılara satdı - FOTOLAR

İslam Rzayevin işbazlara satdığı Hənifə kəndinin sakinlərinə məxsus torpaqlarında balıq vətəgələri tikilir 

Balakənin icra başçısı İslam Rzayevin adı yeni bir qalmaqala qarışıb. Bir müddət əvvəl rayona ayrılan pulların təyinatı üzrə xərclənmədiyi, habelə tenderlərə şərik olduğuna dair iddialardan sonra, bu dəfə icra başçısı camaata məxsus torpaq sahələrini qanunsuz şəkildə satdığı xəbəri ortaya çıxıb. 

Balakənin Hənifə kəndinin əhalisinə malik, onların ümumi istifadəsində olan örüş yerləri özünü SOCAR-ın işçiləri kimi təqdim edən, əslində isə işbaz kimi tanınan adamlara satılıb. Həmin məlumata görə, işbazlar icra başçısından aldıqları kəndlilərin torpaqlarında balıq vətəgələri tikməyə başlayıblar. 

Qeyd olunur ki, son dövrlər Balakəndə xeyli sayda balıq vətəgələri salınıb və onların hamısı imkanlı şəxslərə məxsusdur. Hənifə kənində inşa ediləcək yeni balıqçılıq gölləri də onlardan biri olacaq. Hazırda həmin ərazilərdə texnika çalışır. /jam.az/




1267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi