Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2013

Braziliya yığması dünya çempionatına bu geyimlə çıxacaq

Dünya çempionatında iştirak edən Braziliya yığmasının yeni forması hazırdır
2014-cü ildə keçiriləcək dünya çempionatında iştirak edən Braziliya yığmasının yeni forması hazırdır. Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeni forma bazar günü Rio-de-Jeneyroda təqdim olunub. 

Yeni formanı millinin və Almaniyanın “Volfsburq” klubunun yarımmüdafiəçisi Luis Qustavo təqdim edib. Mərasimdə yığmanın baş məşqçisi Luis Felipe Skolari və tanınmış forvard, ikiqat dünya çempionu Ronaldo da iştirak ediblər. Ronaldo ona təqdim olunan futbol geyimini geyinməkdən imtina edib və bildirib ki, bu çox dardır və onun əyninə balaca olacaq. 

Mərasimdə iştirak edən Skolari bildirib ki, yeni geyim olduqca gözəldir, lakin burada çatmayan yeganə şey altıncı ulduzdur. Futbolçu onu da dünya çempionatının sonunda- iyul ayında olacaqların əmin olduğunu bildirib.

Qeyd edək ki, dünya çempionatının püşkatma mərasimi 6 dekabrda keçiriləcək. Turnir özü isə 12 iyundan 13 iyula kimi Braziliyanın şəhərlərində keçiriləcək. 





1843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28