Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Nəhayət, cəlladın kimliyi faş oldu! - Fotolar

“London cəlladı” və ya “Con Cihadi” ləqəbi ilə şöhrət qazanan İŞİD-in amansız terroristinin kimliyi faş edilib. Məhəmməd Əmvazi adlı bu şəxs Britaniyadan olub, Londonun qərbindəndir. Onun bir neçə video-lentdə niqablı formada girov saxlanılan Qərb vətəndaşlarının (Alen Hininq və Devid Hinz) başlarını kəsdiyi müşahidə edilib.
Britaniyanın təhlükəsizlik orqanları onun izinə düşə bilsələr də, hələlik bunu faş etməyi məqsədəuyğun görmürdülər.

Əmvazi ilk dəfə keçən ilin avqustunda amerikalı müxbir Ceymz Fulini, sonra isə ardıcıl olaraq digər amerikalı jurnalist Stiven Satlafı, britaniyalı Alen Hininqi və iki yardım üzvü olan britaniyalı Devid Hinz və amerikalı (Piter ləqəbli) Əbdürrəhman Kasiqi edam etdiyi video-lentlərdə müşahidə edilib.

Məhəmməd Əmvazinin axtarışda olan və 2006-cı ildə Somaliyə mühacirət edərək orada “əl-Şəbab” silahlı qrupunu təşkil edən digər britaniyalı vətəndaşla əməkdaşlıq etdiyi ehtimal verilir.


Nur-az.com

 
 
 

 
 
 


1201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11