Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Əl-Nüsrət cəbhəsinin baş komandiri Suriyanın cənubunda öldürülüb!

Nur-az.com-un irna.ir-a istinadən:
“Əl-Məyadin” xəbər agentliyinin verdiyi məlumata əsasən, əl-Nüsrət terrorist qruplarının baş komandiri Əbu Ömər Muxtar Suriya qoşunları tərəfindən məhv edilib. İordaniya vətəndaşı olan bu şəxsin “Dəra” vilayəti ətrafında öldürüldüyü xəbər verilir.

Son vaxtlar Suriya hərbi qoşunları könüllü xalq qüvvələrinin həmkarlığı ilə ölkənin bir çox məntəqələrində çoxlu sayda terroristi məhv ediblər.

Suriyada fəaliyyət göstərən bu terrorist qrup əl-Qaidə ilə yaxın əməkdaşlıq edir və onlar ölkə daxilində vətəndaş müharibəsini alovlandırmaqla dövlətlə döyüşə girmişlər. Hal-hazırda Əbu Məhəmməd Cövlani onların yeni baş komandiri təyin edilib. Bu ünsürlər Suriyanın on bir vilayətində – xüsusilə İdlib, Hələb və Deyr əl-Zurda – terrorist əməliyyatları ilə məşğuldur və demək olar, ölkənin şimal əraziləri onların ixtiyarındadır.
1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17