Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Rusiyada azərbaycanlılar banklara silahlı basqın etdi

Moskvada banklara üç silahlı basqın hadisəsi baş verib.

Canilər yarım milyon rubl oğurlayıblar. Quldurluqla məşğul olan dəstə artıq yaxalanıb.

"Report" "MİR 24"-ə istinadən xəbər verir ki, Volqoqrad vilayəti sakinləri və Azərbaycan əsilli şəxslər tapança və bıçaqdan istifadə edərək kredit-maliyyə müəssisələrinə basqın ediblər.

Onlar əvvəlcə xəzinəni açmağı tələb ediblər, sonra isə nağd pulları götürərək avtomobil ilə hadisə yerindən uzaqlaşıblar. Yekunda elə maşın onların yerini bəlli edib.

"Əməliyyat-axtarış tədbirləri zamanı, Moskva Cinayət Axtarış İdarəsinin 18-ci bölməsinin xəfiyyələri, İzmaylovski şossesində yerləşən 57 saylı evin qarşısında cinayətkarların yararlandıqları avtomobili aşkar ediblər. Baxış zamanı maşının salonundan qaz və pnevmatik tapançalar aşkar edilib", - deyə bölmənin mətbuat katibi Marqarita Maslova bildirib.

Hazırda saxlanılan şəxslərin digər silahlı basqınlarda iştirakı yoxlanılır.
1003 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya