Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Nemtsov ölümündən az əvvəl: “Anam deyir ki, Putin səni öldürəcək”

Dünən gecə Kremlin divarları qarşısında güllələnən müxalif siyasətçi Boris Nemtsov ölümündən az əvvəl Ukraynanın “Sobesednik” qəzetinin müxbiri ilə şəxsi söhbətində Putinin onu öldürə biləcəyini deyib.

Nemtsov jurnalistlə söhbətində Putinə qarşı münasibətinin getdikcə pisləşdiyini bildiribmiş.

“Mən heç vaxt öz siyasi baxışlarımı gizlətməmişəm. Putinə heç vaxt olmayan qədər pis münasibətim var. Xüsusən də “Nord-Ost” və Beslan hadisələrindən sonra” - Nemtsov deyib.

B.Nemtsov bildirib ki, anası onun həyatı üçün çox həyəcan keçirir.

“Anam real olaraq qorxur, hesab edir ki, Putin həm real həyatda, həm sosial şəbəkələrdəki çıxışlarıma görə tezliklə məni öldürə bilər. Və bu, təkrarən deyirəm, zarafat deyil: anam ciddi adamdır. O, çox qorxur”- deyə Nemtsov bildirib./virtualaz/
1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02