Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Cüdoçular Bakıda aksiya keçiriblər

Bakıda cüdo üzrə yığma komandamızın üzvləri aksiya keçirirlər.

Cüdoçularımız məvaciblərinin artıq üç aydır ki, verilmədiyini bildirirlər. Onlar Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb edirlər. Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov və Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə və Elxan Məmmədov da iştirak edir.

Artıq Azərbaycan Gənclər və İdman Nazirliyi məsələyə münasibətini bildirib. Qurumun mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Federasiya idmançılarla görüşərək onların tələblərini dinləyəcək.

Elmar Qasımov onların federasiya ilə bağlı problemlərinin olduğunu bildirib. "Bir neçə dəfə federasiya rəhbərliyi ilə görüşlər keçirmişik. Bizə söz verirlər ki, hər şey həll olunacaq. Ancaq ortada bir nəticə yoxdu. Nə təlim məşqlərinə göndərirlər, nə maaşlarımızı verirlər. qidalanmamız yaxşı deyil. Biz təlim məşqlərini artıq öz hesabımıza getməyi fikirləşirik", - deyə Elmar Qasımov bildirib./ans/
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13