Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2015

Donetsk aeroportunda 10 ukraynalı əsgərin meyiti tapılıb

ATƏT-in Ukraynada xüsusi monitorinq missiyası Donetsk aeroportunda 10 ukraynalı hərbçinin meyitinin aşkarlandığını bildirib.

“Monitorinq missiyası Donetsk aeroportunda olub. Donetsk Xalq Respublikası qüvvələrinin komandiri aeroportun ərazisində 10 ukraynalı hərbçinin meyitinin aşkarlandığını bildirib. DXR nümayəndələri üzərində Ukrayna ordusuna məxsus fərqlənmə nişanları olan hərbi geyimli 2 əsgərin meyitini və içərisində Ukrayna əsgərlərinin meyitlərinin qalıqları olan kisələri missiya üzvlərinə nümayiş etdiriblər”. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ATƏT mətbuat xidmətinin məlumatında bildirilib.

Müşahidəçilərin sözlərinə görə, etirazçıların rəhbərliyi meyitləri morqa yerləşdirmək sonra isə Ukrayna ordusunun nümayəndələrinə təhvil vermək niyyətində olduğunu bildirib.
737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP