Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2015

Milli Şura mitinq qərarı verdi

Milli Şuranın Koordinasiya Mərkəzinin bu gün növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, manatın devolvasiyası, vətəndaş cəmiyyəti fəallarına qarşı davam edən repressiyalar və digər məsələlər müzakirə olunub. İclasda hakimiyyətin təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də yürütdüyü yarıtmaz siyasət kəskin tənqid edilib. Ölkə iqtisadiyyatının neftdən asılığı xususi vurgulanmaqla, neft gəlirlərinin səmərəsiz istifadə olunması və heç bir qabaqlayıcı tədbirlər görülmədən Milli Bankın 21 fevralda rəsmi qərarla milli valyutamızın- manatın dəyərdən salınması və bahalaşmanın genişlənməsi ölkədə çoxdan gözlənilən iqtisadi tənəzzülün, iflasın nəticəsi kimi qiymətləndirilib. Yarıtmaz iqtisadi siyasətə etiraz əlaməti olaraq qərar alınıb ki, 15 mart 2015-ci ildə Milli Şuranın “Talançılığa son” şuarı ilə mitinqi keçirilsin. Mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərilməsi qərara alınıb.

Koordinasiya Mərkəzinin iclasında Rusiya müxalifətinin aparıcı simalarından olan Boris Nemtsovun qətlə yetirilməsi kəskin pislənilib. Bu münasibətlə müvafiq nekroloqun hazırlanması və baş sağlığının verilməsi qərara alınıb.
Toplantıda eyni zamanda tanınmış jurnalist, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Şahvələd Çobanoğlunun istintaqa çağrılması və onun son 7 illik fəaliyyəti ilə bağlı vergi yoxlamasının aparılmasına dair məhkəmə qərarının çıxarılması hakimiyyətin siyasi sifarişi kimi qiymətləndirilmiş və bununla bağlı Milli Şuranın etiraz bəyanatının hazırlanması qərara alınıb.
İclasda tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun həbs müddətinin uzadılması, araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı həbsxanada qapalı məhkəmə prosesinin keçirilməsi və onun qanunsuz cərimələnməsi haqında məhkəmə hökmünün çıxarılması, Göyçayda fəaliyyət göstərən hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Taleh Xasməmmədovun şərlənərək yenidən həbs olunması pislənilmiş, onun və həbsdə olan digər siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılması tələb olunub.
966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı