Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2015

Ayətullah Xamenei Tolstoy və Şoloxovun əsərləri barədə təəssüratlarını bölüşüb

İslam İnqilabının Ali Lideri Ayətullah Xamenei Aleksey Nikolayeviç Tolstoyun “Əzablı yollarla” (Хождение по мукам) əsərini Mixail Şoloxovun “Sakit Don” (Тихий Дон) romanından üstün hesab etdiyini bildirib.

İnterAz-ın "Mehr" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Ayətullah seyid Əli Xamenei öz rəsmi "twitter" səhifəsində Rusiya ədəbiyyatının bu iki incisi barədə təəssüratlarını bölüşərkən məlumat verib.

Ayətullah Xamenei bildirib ki, o, Mixail Şoloxovun “Sakit Don” romanını oxuyub, lakin Aleksey Nikolayeviç Tolstoyun “Əzablı yollarla” əsərinin Rusiyada 1917-ci ilin oktyabr inqilabını əks etdirməsi daha üstün xüsusiyyətdir.

Bildirək ki, Ayətullah Xamenei din alimləri və müctəhidlər arasında xarici, xüsusilə də rus ədəbiyyatına önəm verən nadir şəxsiyyətlərdəndir. Ayətullah Xamenei bir çox söhbətlərində İran və müsəlman gənclərinə böyük fransız mütəfəkkiri və yazıçısı Viktor Hüqonun "Səfillər" əsərini mütaliyə etməyi tövsiyə edib.
1152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber