Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2015

Tədqiqat və mütaliələrim əsasında şiə oldum!

Nur-az.com-un abna.ir-a istinadən:
Avropanın elm sahəsində tanınmış şəxslərindən olan və mikrobiologiya üzrə mütəxəssis prof. Rudrik Aqurtmən İranın Kərəc şəhərində şəhid Rəcayi adına məsciddə təşkil edilən yığıncaqda İslam dinini seçərək müsəlman (şiə) olub və özünə Əli adını seçib.

Professor Rudrik Avropada tanınmış şəxslərdəndir və İsveçrədə böyük mikrobiologiya üzrə institutda fəaliyyət göstərir. Özü də iqtisadiyyat üzrə mütəxəssisdir.
Özünün dediyinə görə, bu rəftarı ilə məqsədi dünyada İslamı olduğu kimi tanıtmaqdır. O özü müsəlman olmazdan qabaq üç dəfə bütün Quranı mütaliə edib və sonra İslamı seçib. Müsəlman adını seçməklə əlaqədar deyib ki, ötən gün həzrət Zeynəbin (ə) təvəllüd gününə təsadüf etdiyindən atasına ehtiram olaraq bu adı seçdim.

Həmin mərasimdə məscidin heyəti tərəfindən ona xüsusi hədiyyələr də təqdim edilib.



1139 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber