Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2015

Cəlilabadda torpaq aralandı

Son günlər cənub bölgəsində sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunur.

Hətta Cəlilabad rayonunda torpaq qatının bir neçə gündur ki, tədricən genişlənməsi ərazidə uçqun riski yaradıb.

Ölkə ərazisinə düşən intensiv yağıntılar rayonda torpaq sürüşməsinə səbəb olub. Rayonun Türkelli kəndində təpəlik ərazidə baş verən torpaq sürüşməsi ətraf ərazidəki evləri də təhlükə altında qoyub.

Ərazidəki torpaq qatını yeraltı suların yuyub aparması sürüşmə zonasında daha da təhlükəli hal yaradıb. Kənd sakinləri bunun əhatəsinin daha da genişlənə biləcəyindən narahatdırlar.

Ərazidəki torpaq qatında hər gün 20-30 sm genişlənmə müşahidə olunur. Sakinlərin sözlərinə görə, sözügedən ərazi sürüşməyə meyilli ərazi olsa da, burada indiki qədər təhlükəli vəziyət yaranmayıb./ans/
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi